Qarabağda böyük təxribat: “İraqın Süleymaniyyə şəhərindən…”

“Suriya və İraqdakı PKK terrorçuları Ermənistana yardıma getdi. Bu, iddia deyil, faktlardır, sənədləşdirilib. İraqın Süleymaniyyə şəhərindən İrəvana PKK terrorçuları daşıyan təyyarələrin xəritələri təsbit edilib”.

Bunu türk siyasi ekspert Taha Dağlı deyib.

Onun sözlərinə görə, terrorçuları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə göndərmək hərbi cinayətdir:

“Bu, bölgədəki demoqrafik vəziyyəti dəyişdirmək cəhdidir. Həmin PKK-çılar Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşürlər. Bu cinayət uzun illər Suriyanın şimalında işlənildi. PKK terror təşkilatı Suriyanın şimalında işğal etdiyi şəhərlərdəki ərəb və türkmənləri öz yurdlarından qovub öz ünsürlərini orada yerləşdirdi. Bölgənin demoqrafik xəritəsini dəyişdirdi. İndi həmin tələ Azərbaycan üçün hazırlanır.

May ayında PKK-nın daxilində qurulan erməni taboru ilə birlikdə yüzlərlə terrorçu sistemli şəkildə Suriya və İraq üzərindən Qarabağda yerləşdirilir. Bu cinayətdən sonra Azərbaycan əks-hücuma keçərək 27 ildir işğal edilən bölgənin bəzi kəndlərini geri qaytardı. Bu, erməniləri təlaşa salıb”.

Taha Dağlı Ermənistanın Türkiyənin suriyalı militanları Azərbaycana göndərməsi iddiasına da toxunub:

“Türkiyə Azərbaycana cihadçı, militan, Azad Suriya Ordusunun heç bir üzvünü göndərməyib. Azərbaycanın buna ehtiyacı yoxdur. Azərbaycanda hərbi komissarlıqların önündə kilometrlərlə könüllü şəkildə hərbi xidmətə gedən insan izdihamı yaşanır. Öz güclü hərbi qüvvəsi olan Azərbaycan kənardan muzdlu gətirməyə ehtiyac duymur. Belə iddialar Azərbaycanın suverenliyinə qarşı təcavüzdür”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button