Qarabağdakı ermənilər İki aydan çoxdur “pasport”suz qalıb – Nə baş verir?

“Qarabağda separatçı-terrorçu rejim ermənilərə “pasport” verməyi dayandırıb.

Bu barədə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib.

O bildirib ki, Xankəndidə yaşayan ermənilərin sözlərinə görə, son iki ayda “pasport idarələri” onları geri qaytarır: “Pasport” almaq yaşı çatanlar və vaxtı bitmiş sənədi dəyişdirmək istəyənlər “pasportsuz” qalıblar. “Problemin” nə vaxt həll olunacağı haqda məlumat verilmir”.

Xatırladaq ki, ermənilərin rus pasportu almaq ümidləri də bir müddət öncə puça çıxmışdı. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağa qayıtmış ermənilərə guya rus pasportu veriləcəyi  kimi absurd yalanları təkzib etmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button