Qardaş ölkənin bayrağı NATO-da yarıya endirilib

Türkiyədə milli matəm elan edildikdən sonra NATO-nun qərargahında qardaş ölkənin bayrağı yarıya endirilib.

Polise.az bu barədə Anadolu agentliyinə istinadla xəbər verir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edilməsi barədə tviter hesabında paylaşım edib.

“Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar yeddigünlük milli matəm elan edilib. Bayrağımız fevralın 12-də gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”, – deyə paylaşımda bildirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button