Qaxda qaydaları pozan piyadalar barəsində protokol tərtib olunub

Qaxda qaydaları pozan piyadalar barəsində inzibati tədbir görülüb.

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polis.az-a verilən məlumata görə, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq, onlarla maarifləndirici söhbətlər aparılıb. Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə inzibati protokol tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button
Close