Qazaxdakı təxribatı Koçaryanın tərəfdarları törədib – Oleq Kuznetsovdan şok açıqlama

“Ermənistanda müharibədən sonrakı sülh proseslərini pozmaq istəyən qüvvələr var. Düşünürəm ki, bu təxribat rəsmi İrəvanın təşəbbüsü deyil, əksinə, bəzi hərbi komandirlərin, bəlkə də erməni müxalifətini dəstəkləyən çavuş səviyyəsində kiçik komandirlərin özəl təşəbbüsüdür. Bu insanlar sülh prosesini pozmağa çalışırlar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr Bəyannaməsi çoxlarını narahat edir”.

Bunu hərbi ekspert, siyasi məsləhətçi Oleq Kuznetsov “Vestnik Kavkaza” müsahibəsində deyib.

O əlavə edib ki, “Bəzi qüvvələr daxili siyasət metodlarla Baş nazir Nikol Paşinyana qarşı kütləvi etiraz aksiyalarını təşkil edə bilmədilər. Onun istefasına nail olmadılar. Əvvəllər Vazgen Manukyanı vahid baş nazir namizədi kimi təqdim edən müxalifətçilər müharibədən sonrakı üç ayda heç bir şeyə nail ola bilmədilər. Bu yaxınlarda keçmiş prezident Robert Köçəryan daima münaqişənin davam etməsini müdafiə edərək siyasi arenaya çıxdı”.

“Ermənistanla Azərbaycan arasında dinc münasibətlər qurulan kimi nə Robert Koçaryanın, nə də Qarabağ klanı adlandırılan ətrafındakı insanların artıq Ermənistanda heç bir təsiri və əhəmiyyəti olmayacaq. Məhz bu səbəbə görə Qazax bölgəsində atəşkəs pozulub. Yəqin ki, Koçaryanın hər hansı bir tərəfdarı, radikal kiçik zabit və ya çavuş sülh prosesini pozmaq və Azərbaycanla Ermənistan arasındakı vəziyyəti yenidən gərginləşdirmək üçün bu təxribatı həyata keçirib”, – deyə hərbi ekspert bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button