Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 32 nəfərə çatıb
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olan 32 nəfərin cəsədi aşkarlanıb.
Polise.az Kazinform agentliyinə istinadla xəbər verir ki, xilasedicilər daha 14 şaxtaçının axtarışlarını davam etdirirlər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Prezident qeyd edib ki, qəzanın səbəbi aydınlaşdırılacaq, yaralananların və həlak olanların ailələrinə lazımi kömək göstəriləcək.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
Polise.az