Qorxmaz Hüseynovun “Azərsu” büdcəsini hara sərf etdiyi bəlli oldu – Oğlunun 2700 hektarlıq badam bağına

7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib: “”Su hara gedir, niyə itir?” sualının cavabı: Azərsu sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində 2700 hektar ərazini ələ keçirib. 20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib. Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi “Azərsu”nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə – oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib”.

Mənbə
7news.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close