Quba sakini evində münaqişə zəminində bıçaqlanaraq öldürüldü
Quba Rayon Polis Şöbəsinə iyunun 3-də saat 21 radələrində Çartəpə kəndində şəhər sakini, 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə məlumat daxil olmuşdur.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla rayon sakini K.Baxışovun yaşadığı Çartəpə kəndindəki evində münaqişə zəminində E.Hacıyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Əməliyyat tədbirləri nəticəsində K.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Faktla bağlı cinayət işi başlanılmışdır.