Quba sakinindən qanunsuz silah aşkarlanıb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq
götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmalar zamanı rayonun İspik kənd sakini
Mütəllim Qasımovda bir ədəd müvafiq sənədləri olmayan ov tüfənginin olması müəyyən edilib və
götürülüb.
Faktla bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.