Qubada əməliyyatlar zamanı 2 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında
şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kiloqram narkotik vasitə olan marixuana və
heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində
həbs qətimkan tədbiri seçilib.