Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb

Quba  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon  ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a məlumat verilib.

Belə ki, rayon sakini Nicat Mehtiyev idarə etdiyi “BMW” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button