Xızıda evlərdən oğurluq edən şəxs saxlanıldı

Xızı  Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini,  Xızı rayonunda ona məxsus evdən qapını sındırma yolu ilə, oğurluq edilməsi  barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Xızı RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini  törətməkdə şübhəli bilinən Xızı rayon sakini  Xudayar Məmmədov saxlanılıb.

Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, matorlu otbiçən aparat, kompüter prosessoru və s. oğurladığı müəyyən edilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button