Qubada narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1-ci Nügədi kənd tam orta məktəbində
narkomaniyaya qarşı maarfiləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, veteranlar, RİH-in
nümayəndəsi, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov və digər
iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. Narkotik asılılığının
necə bir bəlaya səbəb olduğu şagirdlərə izah edilib. V.Rüstəmov həmçinin ölkəmizdə və rayon
ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində
aparılan genişmiqyaslı tədbirlərin nəticələri dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarxa baxılıb, şagirdləri maraqlandıran suallar
cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.

Hamısını Göstər

Related Articles

Back to top button