Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Aydın Məhərrəmov saxlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin rayon ərazisində müxtəlif obyektlərdən pul, televizor, akvarium hava filteri, 2 ədəd qadın qol saatları oğurladığı müəyyən edilib
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.