Qurban Məmmədov barəsində cinayət işi başlanıldı

Hazırda Londonda yaşayan Qurban Məmmədov barəsində Azərbaycanda cinayət işi başlanıb.

Q. Məmmədov Cinayət Məcəlləsinin 220-ci (kütləvi ixtişaş), 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilir.

Nəsimi rayon Məhkəməsində bu gün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa veriləcəyi gözlənilir.

07.09.2020


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədov barəsində araşdırmaya başlanılıb.

İdarədə Q.Məmmədova aid olan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyi araşdırılır.

Qeyd edək ki, Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə mənzillərin verildiyi iddia olunur.

Mənbə
unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button
Close