Qusarda 2 narkotacir tutuldu

Qusarda narkotik əməliyyatları zamanı 2 nəfər saxlanılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Elxan Şixzadayev və Elşad Camalov  saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadığı evə   baxış keçirilən zaman  yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana   aşkar olunaraq götürülüb. Faktlarla bağlı Qusar RPŞ-də   cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button