Qusarda iki avtomobil toqquşub, bir nəfər ölüb

Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.

Hamısını Göstər

Related Articles

Back to top button