Qusarda məktəblilərlə görüş keçirilib

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  rayonun Gedəzeyxur  kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”  və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı  Hidayət Babayev müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun fəsadlarından, ağır nəticələrindən danışıb, səbəb olduğu faciələrdən real faktlara istinad edib. Qeyd olunub ki, “ağ ölüm”lə mübarizədə ümumilikdə cəmiyyət barışmaz mövqe tutmalı, xüsusən gənclərimizə onun zərərləri barədə daha çox məlumat verilməlidir ki, fəsadları barədə məlumatlı olsunlar. Ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən narkomaniyaya qarşı ciddi tədbirlərin görüldüyünü, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran H.Babayev gənclərə bu bəladan hər zaman uzaq olmalarını tövsiyə edərək milli-mənəvi dəyərlərimizə sadiq olmalarını, təhsilə, sağlam həyat tərzinə maraq göstərmələrini, uğurlu gələcəklərini qurmaq üçün müasir elmi bilikləri, informasiya texnologiyaları ilə işləməyi öyrənmələrini   tövsiyə edib.

Sonda şagirdləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button