Qusarda “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularındamaarifləndirmə tədbirləri keçirilib

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çiləgir kənd tam orta məktəbində
“Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə
tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, tədbirdə rayon polis şöbəsinin əməkdaşları, rayon icra
hakimiyyətinin və rayon mərkəzi 6xəstəxanasının nümayəndələri, eləcə də məktəbin pedaqoji heyəti
və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Eldar İlyasov narkotiklərin
qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib.
Bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə
tədbir iştirakçılarını məlumatlandırıb. O, yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, müasir
informasiya texnologiyalarından istifadə etməyi bacarmalarını, idmanla məşğul olmalarını, milli-
mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini, vətənpərvər kimi hər zaman ölkəmizin
müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.
Həmçinin çıxış edən rayon polis şöbəsinin baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən
nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə
olunmaq hüquqları olduğunu vurğulayıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button