Qusarda toy təşkilatçısı barədə protokol tərtib edildi

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Suvucal kəndində  karantin rejim qaydalarının pozulmasının  müşahidə olunduğu  toy şənliyinin keçirilməsi müəyyən edilib.

Polise.az xəbər verir ki, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı  toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.

Hamısını Göstər

Related Articles

Back to top button