Ramiz Mehdiyev akademiyadan necə uzaqlaşdırıla bilər? – Prosedur

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin istefaya göndərilməsi gündəmə gəlib. 

Yenisabah.az xatırladır ki, bu akademikin nəvəsinin toyu ilə bağlı qalmaqalla əlaqədardır. Toy mərasiminin xüsusi karantin dövründə düzənlənməsi sərt təpki ilə qarşılanıb. İctimai qınaq o həddə çatıb ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayev 15 sutka inzibati qaydada həbs edilib. 

Toya qatılan deputat Siyavuş Novruzov, xanımı Ombudsman Səbinə Əliyeva, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq nazir Əli Abbasov və digər qonaqlar cərimələnib. Siyavuş Novruzov təmsil etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini postundan getməli olub. Abel Məhərrəmovun da YAP-ın İdarə Heyətindən çıxarılacağı bildirirlir.

Ramiz Mehdiyev isə hələ ki, cəzalandırılmayıb. Hakimiyyətə yaxın deputatlar, ictimai-siyasi fəallar onun da cəzalandırılmasını, Təhlükəsizlik Şurasının üzlüyündən çıxarılmasını və AMEA-nın prezidenti postundan kənarlaşdırılmasını tələb edirlər.

Ramiz Mehdiyev dünən barəsində səsləndirirlən ittihamlara və tənqidlərə münasibət bildirib. Akademikin açıqlamasında görünür ki, o könüllü şəkildə istefa vermək niyyətində görünmür. Nəvəsinin toyu ilə bağlı qalmaqalı isə “ikili standart” hesab edir. 

Ekspertlərin fikrincə, akademikin bu açıqlaması əzələ nüamiyişi hesab edilə bilər. Bütün bunlar artıq münasibətlərdəki gərginliyin pik həddə çatdığını göstərir və şübhəsiz ki, Ramiz Mehdiyevin AMEA-nın postundan uzaqlaşdırılmasına çalışılacaq. 

Bəs bu necə baş verə bilər?

AMEA-nın prezidenti qurumun ümumi yığıncağında seçki yolu ilə 5 il müddətinə seçilir. Qurumun ümumi yığıncağını isə Rəyasət Heyəti çağırır. Ümumi yığıncaqda isə akademiyanın həqiqi, müxbir və xarici üzvləri iştirak edir.

Ehtimal olunur ki, Ramiz Mehdiyev könüllü şəkildə istefa verməyəcəyi təqdirdə AMEA-nın ümumi yığıncağı çağırıla və o vəzifəsindən alına bilər. 

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close