Ramiz Mehdiyev postundan gedir – AMEA bizə lazımdırmı?

Deputat Musa Qasımlı qurumun üzvlərini akademiki istefaya göndərməyə səslədi; “Həyatlarını elmə həsr edən fədakar insanlar gərgin psixoloji mühitdə boğulurlar”

AMEA-da baş verən qalmaqallar böyüyür. Əgər bundan əvvəl akademiyanın ləğvi ilə bağlı fikirlər səslənirdisə, indi qurumun rəhbəri Ramiz Mehdiyevin postundan getməsi ilə bağlı tələblər var.

“AMEA üzvləri Ramiz Mehdiyevi istefaya göndərməlidir”. Bunu deputat Musa Qasımlı bildirib. Millət vəkili qeyd edib ki, hazırda elmin təşkili və idarə edilməsində xaos yaranıb:

“Ramiz müəllim Mehdiyev 2019-cu ilin axırlarında AMEA prezidenti seçiləndən sonra akademiyada elmi mühit yox olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular, şəxsi haqq-hesabları çürütmək tutub. Bu isə elmlə məşğul olan adamları bezdirib.

Elmin təşkili və idarə edilməsində xaos yaranıb. Dünən institutlara göndərilən sərəncamdan bu gün imtina edilməsi, sabahısı gün ondan da imtina edilməsi az qala adi hala çevrilib. İslahat adı altında aparılan qarmaqarışıq və ziddiyyətli struktur dəyişiklikləri müasir çağırışlara cavab vermir.

Ramiz müəllim Mehdiyevin sərəncamı ilə institut direktorları hər hansı bir şəxsi işə qəbul etmək hüququndan məhrum edilib. Bununla da gənclərin elmə gəlməsinin qarşısı alınıb. Nəticədə akademiya sistemində doktorantura və dissertanturaya ayrılan yerlərin çoxu boş qalır. Ən dəhşətlisi odur ki, elmdə nəsillərin əlaqəsi və varislik yox olmaq üzrədir. Bu vəziyyətin qarşısı alınmasa, az sonra “Əlvida, Azərbaycan elmi” deyiləcək!

Hökm sürən acınacaqlı mühit ucbatından alimlərin bir qismi, xüsusən gənclər akademiya institutlarından çıxıb gedirlər. Həyatlarını elmə həsr edən fədakar insanlar isə gərgin psixoloji mühitdə boğulurlar.

AMEA-da əvvəllər ayrı-ayrılıqda mövcud olmuş müxtəlif elm sahələri üzrə elmi işlərin əlaqələndirmə şuralarının Ramiz müəllim Mehdiyevin sərəncamı ilə ləğv edilib bir əldə cəmləşdirilməsi nəticəsində Azərbaycan elminə ağır zərbə vurulub. Əvvəllər ayrı-ayrı şuraların iclaslarında daxil olan dissertasiya işlərinin mövzuları ciddiyyətlə müzakirə edilirdi. İndi acınacaqlı vəziyyət yaranıb. Bir-biri ilə bilavasitə əlaqəsi olmayan onlarla ixtisasdan olan dissertasiya işlərinin mövzularını bir şurada necə müzakirə etmək olar? Bu qədər ixtisasdan olan dissertasiya işləri mövzularının təkrar olub-olmadığını yoxlamaq fiziki cəhətdən mümkündürmü? Elə isə belə Əlaqələndirmə Şurasının yaradılması nəyə xidmət edir?

Ramiz müəllim Mehdiyev akademiya təsis edildikdən bəri heç bir zaman rast gəlinməyən bir addımı atmaqla Azərbaycan ictimai elminə sonuncu zərbəni vurdu. AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən iclasında institutların 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsinə institutların direktorları dəvət edilmədi. Bu addımın pandemiya şəraiti ilə heç bir bağlılığı yox idi. Çünki buna qədər çoxlu şəxsin iştirakı ilə onlarla iclaslar keçirilmişdi. Soruşulur: əgər institut nümayəndələri hesabatlarının müzakirəsinə dəvət olunmurlarsa, onda AMEA institutları nə üçün fəaliyyət göstərir? İllik hesabatları institut rəhbərlərinin iştirakı olmadan necə müzakirə etmək, problemlərini necə bilmək və aradan qaldırmaq üçün tədbirlər almaq olar? İnstitutlara belə münasibət nə ilə bağlıdır? Müasir çağırışlara cavab olaraq yaradılmış yeni institutlar nə üçün sıxışdırılır? Dünyanın böyük dövlətlərində və qonşu ölkələrdə Qafqaz regionunu öyrənən mərkəzlər, institutlar fəaliyyət göstərdiyi və yeniləri yaradıldığı bir zamanda nə üçün akademiya rəhbəri Qafqazşünaslıq İnstitutunu gözümçıxdıya salıb? Ümumiyyətlə, bu münasibət bizim milli-dövlət maraqlarımıza ziyan deyilmi?

Yaranmış vəziyyət nə qədər böhranlı və ürəkağrıdıcı olsa da, ondan çıxış yolu, heç şübhəsiz, var. Cənab Prezident İlham Əliyevin başlatdığı dərin və ölkəmizin on illər bundan sonrakı inkişafına hədəflənmiş konkret nəticə verən islahatlar AMEA-da da aparılmalı, Azərbaycan elminin nüfuzu özünə qaytarılmalı, buna mane olan amillər aradan qaldırılmalıdır. İlk növbədə, bu gün AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim Mehdiyev özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə ümumi yığıncağa toplaşmalı və Ramiz müəllim Mehdiyevi istefaya göndərməlidir. Bunu elmimizin bu günü və gələcəyi tələb edir. Mövqe aydın, konkret və birmənalı olmalıdır… “

Bəs ümumiyyətlə, bizə AMEA adlı qurum lazımdırmı? Bu, sovetdən qalma bir idarəçilik forması, formatıdır? Müasir yanaşma necədir? Elmin, alimlərin hansısa təşkilatı, qurumu olmalıdırmı?

Fazil Mustafa: “35 min nigahdan 14 600 –ü isə boşanma ilə nəticələnib” - SƏBƏB ƏHALİNİN DURUMUDUR - Günün Səsi

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavata danışıb: “Bu məsələ ilə bağlı ilk olaraq onu deyə bilərəm ki, Azərbaycanda universitet modelinə baxmaq lazımdır. Ölkədə universitet modeli müasir standartlara uyğundurmu? Beynəlxalq standartlar nə ilə ölçülür? Əlbəttə ki, ali məktəblərin reytinq göstəriciləri ilə ölçülür. Bu reytinq göstəricilərində Azərbaycan universitetləri ilk minlikdə belə yer tutmurlar. Yəni bu o deməkdir ki, biz müstəqillik dövründə, sözün əsl mənasında avanqard rolunu oynaya biləcək universitet yarada bilməmişik. Təbii ki, buna cəhdlər var, ayrı-ayrı universitetlər, onların rektorlarının fəaliyyəti müsbət istiqamətdə imiclərini dəyişməyə xidmət edir. Xüsusilə də Azərbaycan Dövlət İqtisad Universiteti, ADA, Ali Neft Məktəbi öz işini yüksək səviyyədə qura bilib. Yəni bunlar var. Amma beynəlxalq standartlar daha fərqliliklər tələb edir. Burada söhbət həm də kitabxana modelindən, nəşrlərdən, idman infrastrukturundan və başqa məsələlərdən gedir. Bunu qura bilmədiyimiz halda alimi universitet mühitinə yığa bilərikmi? Orada alim yüksək təminatla fəaliyyət göstərmək imkanına malikdirmi? Əlbəttə ki, xeyr. Belə olan zaman AMEA alimlərin əslində sosial yardım məqsədinə çevrilir.

Sovet dövründə elmin qarşısında bir qədər fərqli tələblər var idi və bu tələblərin də xeyli hissəsi ideoloji idi. Daha sonra bu ideoloji tələblər boş oldu, puça çıxdı, itdi. Bəs indi hansı tələbləri qoyuruq? Bütün tədqiqat institutlarının hamısı akademiyanın nəzdindədir və universitetlərdə tədqiqat mühiti demək olar ki, yox səviyyəsindədir. Onda akademiyanı ləğv edib, onu hara köçürək? Ən azı iş yeri, maaş və digər məsələlərə görə, çox sayda insanlar orada cəmləşiblər və hər hansı bir şəkildə başqa ixtisasdəyişmə imkanına sahib deyillər. Bu, böyük sosial problemlərin yaranmasına gətirib çıxarır. Bəlkə də ona görə dövlət AMEA məsələsində bir qədər ehtiyatlı davranır.

Ümumilikdə təhsilin, elmin idarə edilməsi ilə bağlı problem var və bu problemdə də hələ sovet sistemindən qalan ideoloji yanaşmamız var. Bu yanaşma dəyişmədikcə təhsilə, elmə, məktəbə münasibət də dəyişməyəcək. Ona görə də bu ziddiyyətlər əslində məsələnin müzakirəyə çıxarılmasını və cəmiyyətdə səmimi şəkildə bu proseslərin müzakirə olunub, qərar qəbul edilməsini ehtiva edir. Lakin indiki şəraitdə qərar qəbul ediləndə də heç də faydalı qərarların qəbul olunacağını düşünmürəm. Çünki baxış subyektiv və ideoloji baxış olanda bir şeyləri dəyişmək çətin olur. Bu baxımdan hesab edirəm ki, ilk növbədə universitet modelini gücləndirərək, tədricən AMEA-nın hədəflərini universitetlərə köçürmək lazımdır.  Hədəf köçürüləndən sonra artıq qurumun bu formada mövcud olmasının da bir əhəmiyyəti qalmır”.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qulu Məhərrəmli 

Əməkdar jurnalist Qulu Məhərrəmli isə akademiyanın ləğv olunmasının tərəfdarı olmadığını dedi:

“Son vaxtlar ”AMEA bizə lazımdırmı, niyə ləğv olunmur, nəyə lazımdır?” kimi fikirlər səslənməkdədir. Mən bu cür fikirlərin əleyhinəyəm. Çünki bir elmi idarənin yaradılması istənilən dövlətin, ölkənin çox ciddi nailiyyətidir. Əlbəttə ki, idarəni ləğv etmək asandır, önəmli olan onu işgüzar hala gətirməkdir ki, o işləsin və dövlətə, cəmiyyətə, millətə faydası dəysin. İndi bir Ramiz Mehdiyevə görə “gəlin akademiyanı ləğv edək” şüarını, bu kampaniyaçılığı qəbul etmək olmaz.

Bəli, akademiyanın çox problemləri var və bu problemlər Ramiz Mehdiyevdən əvvəl də var idi. Lakin indi Mehdiyev gəlib elmin gözünə inzibatçılığı daha çox qatıb, orada çox subyektiv, o cümlədən regionçuluq, vəzifədən sui-istifadə, layihələrin düzgün istiqamətləndirilməməsi, büdcənin düzgün xərclənməməsi kimi neqativ hallar həddindən artıq çoxalıb. Təsadüfi adamlar gəlib elmin yuxarı pilləkəninə dırmaşıb, akademik adı alıb, professor, elmlər doktoru olub və sairə. Amma onların nə elmə, nə də elmin havasına heç bir faydası yoxdu. Belə olan zaman nə etmək lazımdır? İslahat aparmaq, dəyişdirmək lazımdır. Elmi gücü, qüdrəti olan insanların önünü açmaq lazımdır ki, onlar bu millətə, elmə fayda versin. Yalançı layihələr, aylıq, rüblük, illik plan işləri, heç kimə lazım olmayan tədqiqatlar, heç bir tədqiq sahəsi olmayan xüsusən humanitar sahələrdə addımların atılması elmi ciddi şəkildə gözdən salır.

Ona görə də hesab edirəm ki, akademiyanı ləğv etmək yox, onu necə canlandırmaq, real işlək mexanizm halına gətirmək, necə elmi qüvvətləndirmək barədə düşünmək lazımdır. Bu gün bütün dünyada öndə olan elm, texnologiyadır. Elmə əsaslanmayan heç bir addım özünü doğrulda bilməz. Elm bünövrədir, əsasdır. Məhz bu əsasın üzərində dayanmaq lazımdır. Yalançı alimlərdən, akademiklərdən, öz ixtisasını heç düz-əməlli bilməyən müəssisə rəhbərlərindən azad olmaq lazımdır. İndi Azərbaycan elmi çox böhranlı vəziyyətdədir. Bu vəziyyəti də təcili “cərrahi” yolla düzəltmək çox önəmlidir. Amma bir daha qeyd edirəm ki, heç bir halda akademiyanı ləğv etmək fikrinə düşməməliyik”.

Elçin Mirzəbəyli — Vikipediya

 Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli isə qeyd edib: “Hesab edirəm ki, humanitar sahələr istisna olmaqla, ayrı-ayrı institutlar müvafiq dövlət universitetlərinin yanında fəaliyyət göstərməlidirlər. Onların elmi laboratoriyaları funksiyalarını yerinə yetirməli, ortaya faktiki iş qoymalıdırlar. Burada söhbət elmi kəşflərdən, yeniliklərdən gedir. Dünyada mövcud olan mexanizmlərə uyğun olaraq fəaliyyət göstərmək lazımdır.

AMEA-da çalışanların içərisində ölkəyə kifayət qədər fayda verən insanlar da var. O ki qaldı AMEA-nın ləğv edilib-edilməməsinə, düşünürəm ki, bu cür qərarlar kompleks şəkildə verilməlidir və daha çox alimlər bu məsələni müzakirə etməlidir. Lakin indiki şəraitdə mövcud mexanizmlər, kənardan görünən reallıq ondan ibarətdir ki, AMEA-nı elm məbədi kimi qoruyub saxlamaq mümkün olmayacaq. Yəni məsələnin mahiyyəti bundan ibarətdir.

O ki qaldı AMEA-nın rəhbərliyinə, mənim ona münasibətim ortadadır və o cür düşüncəli adamlardan Azərbaycan elmi üçün hər hansı yenilik gözləmirəm”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button