Rişi Sunak Britaniya Baş naziri postuna namizədliyini irəli sürüb.

Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak ikinci dəfə Baş nazir postu uğrunda mübarizə aparacaq.

42 yaşlı siyasətçi bu gün “Twitter“-də paylaşımında bildirib ki, rəsmən Baş nazir postuna namizədliyini irəli sürüb.

Rişi Sunak ölkənin iqtisadi problemlərini həll etmək, Mühafizəkarlar Partiyasını birləşdirmək istədiyini yazıb.

Raşi Sunakın rəqiblərinin İcmalar Palatasının sədri Penni Mordont və sabiq Baş nazir Boris Conson olacağı gözlənilir.

Qeyd edək ki, Liz Trass Baş nazir postundan istefa verib.

Hamısını Göstər

Related Articles

Back to top button