RİYAKAR VƏ BÖLÜCÜ İRAN
İran adlı dövlət «hibrid»dir və heç də qədim tarixə malik deyil. Belə ki, indi fars-molla rejimi kimi seçilən cənub qonşumuz «İran» adı ilə ötən əsrin əvvəlində, 1925-ci ildə Rusiya inqilabının «küləkləri» fonunda tarixi Qacar səltənətinin bir hissəsində bərqərar olub. Onun yaradıcısı Rza Pəhləvi (sonradan şah) Rusiya ordusunun zabiti (mayor) olub və 1921-ci ildə Qacar dövlətinin paytaxtı Tehran şəhərini döyüşlə ələ keçirib və özü isə bu gücündən istifadə edib də səltənətin baş naziri (və şəhərin hərbi komendantı) olub. Sonradan isə 1925-ci ildə təsis məclisinin qərarı ilə Əhməd şah Qacarı taxtdan saldıraraq, özünü şah elan etdirib.
Mənbələrdə onun Mazandaran əsilli fars olduğu bildirilsə də, əslində bu bölgə ilə genetik qohumluq əlaqəsi olmayıb. Bəzi mənbələrin məlumatına görə, Rza şahın əsli Şimali Azərbaycandandır və valideyni rus inqilabının dalğası altında Azərbaycanın quzeyindən Mazandarana köç edib. Görünür, onun inqilabi fəaliyyətinin uğurla nəticələnməsində rus inqilabının – rus böşevizminin xidməti olub. Əslində isə Rza şah Pəhləvinin genetik fars olması heç bir dəlillə sübuta yetirilməyib. Amma onun türk kökənli olmasını təsdiqləyən bəzi məlumatlar var. Məsələn, Azərbaycanın tanınmış yazıçısı İsa Hüseynovun («Muğanna») «İdeal» romanında bu barədə müvafiq qeyd yer alıb: Paxtavan, Pəhləvan… Pəhləvi!
Hər necədirsə, tarix boyu bu ölkədə «marığa yatıb» da məqam gözləyən fars şovinizmi rus bolşeviklərinin yaxından dəstəyi ilə bundan məharətlə istifadə edib və türk səltənəti olan Qacar dövlətinin bir hisəsində inqilabla yaradılmış İran dövlətini fars dövləti elan edib. Bunun təsdiqi olaraq, qeyd edilməlidir ki, ötən əsrin 30-cu illərinə dədər qonşu SSRİ-də İranı «farsistan» adlandırıblar…
Beləliklə, aydın olur ki, ötən əsrin 30-cu illərinə qədər dünya xəritəsində İran adında dövlət olmayıb. İran şah dövlətinin ömrü də elə uzun olmayıb – burada baş vermiş «islam inqilabı» bayrağı altında, 1979-cu ildə «İran İslam Respublikası» adında teokratik dövlət yaradılıb. Özü hibrid və riyakarlıq yuvası olan «mollaxana» yarandığı andan dövrümüzə qədər həm bölgənin, həm də Azəbaycanın baş ağrısına çevrilib. Belə ki, öz mövcudluğunu Azərbaycanı əsarətdə və bölünmüş vəziyyətdə saxlamaq siyasəti üzərində bərqərar etmiş molla rejimi Azərbaycanın güneyində yaşayan söydaşlarımızın siyasi-mədəni hüquqlarını qəddarlıqla pozub, əslində, bu ölkənin gerçək sahiblərinə, 35-40 milyon yetkin insana öz ana dilində təhsil almağa da imkan verməyib. Bunun məntiqi nəticəsidir ki, Azərbaycanın güneyində yaşayan türk əsilli insanlar ötən bir əsrdə 3 dəfə fars rejiminə qarşı üsyana qalxıb, amma beynəlxalq irticanın yaxından köməyi iilə bu üsyanlar görünməmiş qəddarlıqla yatırılıb…
Azərbaycanın şimalı müstəqilliyini bərpa edəndən sonrakı dövrdə molla rejiminin xalqımıza qarşı fitnəkar siyasəti demək olar ki, açıq müstəviyə keçib və 30 illik erməni işğalı dövründə bu düşmənçilik hər addımda gözə çarpıb. Belə ki, yeri gəldi-gəlmədi, müstəsna riyakarlıqla «əziz müsəlman bacı və qardaşlar» söyləyərək, insanların başının altına yastıq qoyub da işğalçı erməniyə silah-sursat qarışıq, hər cür dəstək verib. Əcəb müsəlmanlıq deyilmi ki, 30 illik işğal dövründə məscidlərimizi, kənd və şəhərlərimizi dağıdanda, torpaqlarımızda hətta məzarlıqları belə, şumlayıb dağıdanda fars-molla rejimi balıq kimi susub, amma donuz yeyib də çaxır içən «erməni katalikosu»nu xəlvətdə qucaqlayıb, duz kimi yalamaqdan çəkinməyib. Fars-molla rejimi bütün bu riyakarlıqlarını, satqınlıqlarını və bölücü davranışını məhz «şiə məzhəbçiliyi» adı altında pərdələyib. İnsanlarımız arasında həyata keçirdikləri üfunət saçan məzhəbçilik siyasətinin həyata keçirilməsi sayəsində, «sifəti künəsindən qırmızı» molla rejimi xalqımız arasında görünməmiş zərərli toxumlar səpməklə məşğul olub. İş o yerə çatıb ki, cəhalət içtində boğulan sadə insanlar fars mollalarının riyakar və bölücü fəaliyyətini görüb-anlamaqda çətinlik çəkib, bunun əvəzində isə satqınların barəsində «fərmandeh» nəğməsi oxuyub da fars mollasının şəninə şerlər yazıb. İndi aydın olur və insanlar anlamağa başlayır ki, əslində, heç bir fərmandeh-filan yoxdur, əvəzində isə bizi görən gözü olmayan «həpirimş» molla var…
Yuxarıda qeyd etdim ki, İran İslm Respublikası adlı dövlət qədim tarixə və beynəlxalq hüquqi əsaslara malik dövlət deyil. Amma bu mollaxananın özəyini təşkil edən «ayətulla»lar «ayə»dən çoz uzaq və mahiyyətini ustalıqla pərdələmiş keçmiş xristian-fars keşişləridir ki, günümüzdə Azərbaycan insanına, ümumiyyətlə isə bütöv türk dünyasına düşmən kəsiliblər. Buna sadə bir misal göstərmək istəyirəm. Məlumdur ki, Azərbaycanla 44 günlük Vətən müharibəsində məğlub olmuş Ermənistan Zəngəzur dəhlizi barədə öhdəsinə götürdüyü vədinə əməl etməsin deyə, İran mollaxanasına bel bağlayıb. Mollaxana hətta ermənidən də qabağa keçərək, Ermənistan-İran sərhədini (Zəngəzuru) Ermənistanla-İranın qədim tarixə malik sərhədi elan edir. Gerçəkdə isə bu ərazi qədim Qacar dövləti daxilində Güney Azərbaycanla onun quzeyini ayıran təbii xəttdir və İrana heç bir aidiyyatı yoxdur. Belə ki, Azərbaycan İran deyil, amma İran Qacar dövlətinin (türk səltənəti!) bir hissəsidir!
Mollaxana həm də utanmadan, əldəqayırma Ermənistanın ərazi bütövlüyünü özü üçün «qırmızı xətt» adlandırır. Beləsinə deyiblər ki, «Papadan artıq xristian olub».
Onların görünməmiş riyakarlığı və erməni qardaşlığı isə farsistanın islamaqədərki xristian-xaç inancı ilə bağlıdır. Bunu konkret bir misalla isbatlamaq istəyirəm. Hələ təxminən, 1990-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Suleyman Əliyarov yazmışdı: «İlk erməni katalikosunu xaç suyuna fars keşişi salıb» (məqalə almaniyalı Əhməd Şmideyə ünvanlanıb və «Azərbaycan» jurnalının 90-cı il saylarından birində dərc olunub). İndi isə erməni qardaşına hər cür dəstək verən fars-molla dövləti bütün İslam dünyasının gözünə kül üfürərək, özünü şiə elan edib, İslam dünyasını aldadır, məzhəbçi-bölücülüklə məşğuldur! Belə ki, Cənubi Qafqazda erməniyə qucaq açan ayətullahlar Yaxın Şərq bölgəsində məskun olan müsəlmanlara qarşı da düşmən siyasətindən zövq alırlar. Məsələn, özünü müsəlman təəssübkeşi kimi qələmə verməyə çalışan İran mollaxanası özünü Fələstin müsəlmanlarının hüquqlarını müdafiə edirmiş kimi göstərir, amma qonşu Səuliyyə Ərəbistanı ilə «dolayı» müharibəyə girişir, əl altından Yəməni, Suriyanı və İraqdakı «şiə-müsəlmanları» silahlandırır, sadə müsəlmanları bir-birinə qarşı qoyur. Amma islam inancına görə, peyğəmbərimiz müsəlmanın qanını müsəlmana haram buyurub. Məgər fars mollaxanasının bundan xəbəri yoxdur?
Beləliklə, çoxsaylı dəlillərlə sübuta yetirmək olar ki, İran mollaxanasının müsəlmanlığı (şiəliyi) saxtadır (psevdo) və əslində, fars rejimi tərəfindən xüsusi riyakarlıqla dövriyyəyə buraxılmış iyrənc siyasətin ana xəttidir! Mollaxana həm də insanların dini hissləri ilə oynayaraq, dünyanın yarısını əhatə edən müsəlmanların sitayiş etdiyi İslam dinini siyasi məqsədlərlə istifadə edir, islam dəyərləri ilə görünməmiş heyvərəliklə manipulyasiya etməklən çəkinmir. Belədə, düşünməyə bilmirsən ki, fars-ayətullahla erməni-katalikosun nə fərqi varmış?
Odur ki, bütün bunların məntiqi nəticəsi olaraq, bir müsəlman fərd kimi, təklif edərdim ki, bu məsələ İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirəyə çıxarılsın, dünya müsəlmanları İran mollolarının bölücü məzhəbçiliyinə, saxta müsəlmanlığına hüquqi qiymət versinlər. Nədən ki, İran mollaxanası artıq görünməmiş həyasızlıq səviyyəsinə… enib və bütün əndazələri aşıb, məqsədli şəkildə İslam dinini nüfuzdan salır. Ayrı-ayrılıqda islam ölkələri də İranın bu saxta davranışına hüquqi qiymət verməlidirlər, nədən ki, müsəlman müsəlmana dost, qardaş və yoldaş olmalıdır, İran isə erməni dostu və qardaşıdır…
Mirzə AĞ