Rövşən Əkbərovun oğlu vəkilə hücum edib

Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqova hücum edib.

“Report”un xəbərinə görə, bu barədə vəkilin özü sosial şəbəkədə daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edərkən bildirib.

O qeyd edib ki, bu gün R.Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə qətlə yetirilmiş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Fədayı Əliyevin hüquqlarını müdafiə edərkən keçmiş birlik komandirinin oğlu tərəfindən hücuma məruz qalıb.

“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün fəaliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.

Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.

Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”, – deyə vəkil müraciətində bildirib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close