“Rus dünyası” indidən Putini xain çıxarır… – Ruslar “çar”a Ukraynadakı məğlubiyyəti bağışlayacaqlarmı?
Azərbaycandakı tanınmış “rus dünyası” yanlılarından biri sosial şəbəkədə rusiyalıların 70 faizindən çoxunun, hətta ucqarlarda səfalət içərisində yaşayanların belə, Putinin Ukraynaya qarşı işğalını dəstəkləməsini şərh edərkən özünün donuz salası qatı ilə ilə örtülmüş beyninin məhsulu olaraq demişdi ki, sorğunun bu nəticəsi rusların “satqın olmadığını” və Putinə səmimi sədaqətini göstərir.
Lakin ötən gün İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqlarının növbəti raundundan sonra Moskvanın öz qoşunlarını Kiyev və Çerniqov ətrafından çəkməyə (əslində bu, çəkilmə yox, qoşunların yerdəyişməsi və yenidən dislokasiyasıdır-C.M.) dair verdiyi vədə rusiyalıların mənfi reaksiyası “qəhrəman və ədalətli rus xalqı” ilə “çar” arasında uçurum yaranmağa başladığının ilk siqnalı oldu.
Bəli, nə qədər əcaib və hətta tükürpədici görünsə də, rusiyalılar sosial şəbəkələrdə, cəmiyyətdə, öz aralarındakı müzakirələrdə Kiyev ətrafından qoşunların çəkilməsinə görə Rusiya nümayəndə heyətinin rəhbəri Medinskini “xalq düşməni” elan etməyə, “çar”ın özünü – Putini isə xəyanətdə ittiham etməyə başlayıblar.
Onlar Putinə inamlarının sarsıldığını, ondan belə addım gözləmədiklərini və bütün çətinliklərə, məhrumiyyətlərə, itkilərə baxmayaraq, sona qədər getməyin, deməli, durmadan günahsız körpələri, qocaları, qadınları qətlə yetirməyin, müstəqil ölkəyə qarşı işğalı davam etdirməyin vacib olduğunu bildirirlər. (Bax bu linkə: https://www.facebook.com/photo/?fbid=1709353702738915&set=pcb.1709353982738887)
Yəni ki, əsas hissəsi şovinizmin, imperiya xislətinin iliyinə qədər işlədiyi ruhi xəstə, zombiləşmiş bir toplum! Dumanın (Rusiyada bəziləri ona “DURA” deyir – C.M.) “çəpgöz donuz”u – Mixail Delyaginin Bakıya nüvə zərbəsi endirilməsi çağırışına səs verən 50 faiz rusiyalı da həmin bu kütləvi psixi müalicəyə ehtiyacı olan toplumun “patriot” nümayəndələridir.
Əslində, Ukraynada baş verənlər göstərdi ki, Azərbaycan da daxil olmaqla qonşularını və bütün dünyanı nüvə təhdidlərilə bezdirən, işğala, qırğınlara, adi bəşəri dəyərlərin ayaqlar altına atılmasına haqq qazandıran bir toplumun, cəmiyyətin, zehniyyətin qurduğu dövlət, üzə çıxardığı hakimiyyət(saxta, ya doğru yolla seçilməsindən asılı olmayaraq-C.M) nəinki nüvə silahına, ümumiyyətlə orduya malik olmağa layiq deyil!
Solovyovun mənfur verilişinin daimi qonaqlarından olan Kremlpərəst israilli ekspert Yakov Kedmi hələ Rusiya işğalının ilk iki həftəsinin tamamında, yəni rus qoşununun necə bir bataqlığa düşdüyünü anlayandan sonra demişdi ki, Zelenski ilə bağlanacaq istənilən sülh müqaviləsi “Rusiyanın sonunun başlanğıcı” olacaq (Əslində, həm də “Putin hakimiyyətinin sonu olacaq” demək istəyib, ancaq buna cəsarəti çatmayıb – C.M.), gerisayım başlayacaq. Çünki bu, Rusiyanın məğlubiyyəti deməkdir.
Putinin Ukraynaya qarşı başlatdığı hərbi avantüranın əsas hədəflərindən biri “denasifikasiya” adı altında Ukraynadakı qanuni hakimiyyətin dəyişdirilməsi idi. İişğalçı ordunun “Z” hərfindən istifadəsi də sonradan ortaya atılan ucuz və mənasız şüarlar yox, məhz Zelenskinin “Z”-si ilə bağlı idi. Ancaq nə Kiyevi ələ keçirmək, nə də “Z” planı alındı. Rus ordusunun və diplomatiyasının nüfuzuna, Rusiyanın, eləcə də rus millətinin dünya birliyindəki yerinə, ölkənin sosial həyatına, iqtisadiyyatına və s. vurulan sarsıdıcı zərbələrin miqyası isə ölçüyə gəlmir…
İndi məlum cəhətlərinə görə dünyada tayı-bərabəri olmayan Rusiya cəmiyyətinin böyük hissəsi sosial şəbəkələrdə rus ordusunun Kiyev istiqamətindən çəkilməsi qərarını əvvəlcə “feyk” hesab etdi. Sonradan bunun həqiqət olduğunu biləndən sonra əməlli-başlı aqoniyaya düşdü. Çoxları deyir ki, Kiyev alınmayacaqdısa, bu qədər “qəhrəman rus əsgəri”ni niyə qırğına verirdiniz? Dediklərində məntiq var, hər nə qədər işğalçı məntiqi olsa belə…
Sözsüz ki, Ukraynadakı məğlubiyyət və Rusiyanın artıq üz-üzə qalmağa başladığı məhrumiyyətlər Putin üçün hakimiyyətdə qalmağı çətinləşdirəcək. Artıq strateji baxımdan Ukraynada məğlub olan Putinin bir çox proqnozlara görə 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verməsi və seçilməsi inandırıcı görünmür. Hesab olunur ki, əgər Ukraynadakı işğalda hansısa fövqəladə uğur əldə olunmasa, yəni möcüzə baş verməsə, hakimiyyət Medvedevə, yaxud bu qəbildən olan başqa birisinə ötürülə bilər. Çünki tarix də göstərir ki, ruslar savaşda uduzan rəhbərləri hakimiyyətdə çox saxlamırlar…
Vaxtilə Putinə ən yaxın adamlardan biri hesab edilən və onun hakimiyyətə gətirilməsində rolu olmuş, sonradan isə “çar”ın qəzəbinə tuş gəlmiş Sergey Puqaçov öz xatirələrində maraqlı bir məqama toxunur.
O, deyir ki, Putinlə əvvəllər Rusiyanın demokratik yolla inkişafı barədə tez-tez söhbətləri olub. İlk vaxtlarda Putin iki dəfədən artıq prezident seçilməyi heç ağlının ucundan belə keçirmirmiş.
Lakin hakimiyyətinin ilk dövrlərində kütlə arasına daha tez-tez çıxan Putin xüsusilə Çeçenistan müharibəsindən sonra rusların imperiya arzulu nökərçilik – “xolop” nəfəsini öz üzərində daha çox hiss etməyə başlayıb. Və onun əllərini öpməyə hazır olan kütlə ilə növbəti “sıcaq” görüşlərin birindən sonra Puqaçova deyib – “onlara çar lazımdır”! Bəli, istər köhnə, istərsə də ən yeni tarix göstərir ki, ruslara çar lazımdır. Lakin qalib çar, məğlub çar yox!