“Rus ordusu hücum üçün yeni istiqamət müəyyən edib”

“Hesab edirəm ki, hələ Rusiyanın planlaşdırdığı hücumunun birinci mərhələsi baş verir. Bu hücum qoşunların və döyüşə atılan hissələrin sayı ilə gücləndiriləcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı tanınmış hərbi ekspert Oleq Jdanov yerli mətbuata açıqlamasında bildirib.

Jdanov deyib ki, Rusiya ordusu hücumun yeni istiqamətlərini müəyyən etməkdədir və bu sırada Oskol çayı boyunca Kupyansk istiqamətinə doğru başladılan yeni hücumu qeyd etmək olar: “Daha iki həftə ərzində hücum gücləndiriləcək, onun kuliminasiyası isə mart ayında baş verəcək. Bu, onların malik olduqları və bacardıqları maksimum həddir. Martın ikinci həftəsindən etibarən isə eniş müşahidə olunacaq”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button