Rus polkovnik-leytenant öldürüldü
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zabiti, polkovnik-leytenant Aleksandr Kuvşınovu zərərsizləşdirib.
Bu barədə “Azadlıq Radiosu”nun Rusiya bürosunun layihəsi olan “Şimal. Reallıqlar” tviterdə məlumat yayıb.
Bildirilib ki, o, Baltik Donanmasının piyada dəniz qoşununun 336-cı ayrı qvardiya briqadasında xidmət edib. Hərbçi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib. A.Kuvşınovun öldüyü ötən gün elan edilib.