Rusiya 27 ispan diplomatı ölkədən çıxarır
Rusiya Xarici İşlər Nazirliyi 27 ispan diplomatı “persona non-qrata” elan edib və onlardan bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etmələri tələb olunub.
Çərşənbə günü İspaniyanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağrılmış və Rusiyanın İspaniyadakı xarici nümayəndəliklərinin 27 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə bağlı kəskin etiraz bildirilmişdi.
“Bu qeyri-dost addımın Rusiya-İspaniya münasibətlərinə mənfi təsir göstərəcəyi vurğulanıb. Buna cavab olaraq İspaniyanın Moskvadakı səfirliyi və İspaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun 27 əməkdaşı “persona non-qrata” elan edilib. Onlar müvafiq notanın səfirə təhvil verildiyi andan etibarən yeddi gün ərzində ölkəni tərk etməlidirlər”, – deyə Rusiya XİN-in bəyanatında deyilir.