Rusiya bu əraziləri də özünə birləşdirir
Gələcək Rusiya-Ukrayna sülh sazişində Kreml Zaporojye və Xerson vilayətlərinin, eləcə də Donbas və Krımın statusunu müzakirə etmək niyyətində deyil.
Bu barədə “İzvestiya” qəzeti mənbələrinə istinadla məlumat yayıb.
“Martın 29-da Türkiyədə keçirilən danışıqlarda Rusiya müharibəni dayandırmağa hazır olduğunu bildirmişdi. Putin belə bir addıma hazır idi, lakin Qərb Ukraynaya təzyiq etdi və Kiyev öz təkliflərini geri götürdü”, – mənbə qəzetə açıqlamasında bildirib.