Rusiya bu istiqamətlərdən hücuma keçəcək

Rusiya Ukraynaya təkcə şərqdən yox, şimal və cənubdan da hücuma keçəcək.

Bunu Ukrayna Könüllülər Ordusunun komandanı Dmitri Yaroş deyib.

Yaroşun sözlərinə görə, yaxın aylarda Donbasda vəziyyət pisləşəcək:

“Fikrimcə, yaşılların (rus hərbçiləri nəzərdə tutulur – red.) ortaya çıxması ilə bütün cəbhə boyu böyük fəallıq baş verəcək. Rusiya Belarusdakı və işğal altında olan Krımdakı qüvvələrini artırmaqla açıq şəkildə vəziyyəti gərginləşdirmək arzusunu nümayiş etdirir. Ruslardan hər şey gözləmək olar”.

Hamısını Göstər

Related Articles

Back to top button