Rusiya dost olmayan dövlətlərin siyahısını genişləndirdi

Rusiya hökuməti dost olmayan dövlətlərin siyahısını genişləndirib.

Ölkənin Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya daxildir.

Bundan əvvəl Rusiya hökuməti Federasiyaya qarşı dost olmayan hərəkətlər edən dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. Siyahıya Avstraliya, Britaniya, İslandiya, Kanada, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, ABŞ, Tayvan, Ukrayna, İsveçrə, Yaponiya və s. daxil edilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button