Rusiya Ermənistanı ruslaşdırmağa başladı – Fəlakət ssenarisi

Rusiya Ermənistanın ruslaşdırılması prosesini işə salıb.

Bunu gürcü ekspert Qoça Qvaramiya Rus Pravoslav Kilsəsinin İrəvan-Erməni Yeparxiyasının açılışını şərh edərkən deyib.

“Rus Pravoslav Kilsəsinin yeparxiyasının Kiyevdə mövcudluğunun Ukrayna üçün nə ilə nəticələndiyini izah etməyə ehtiyac yoxdur. Rus Pravoslav Kilsəsinin bütöv yeparxiyasının Ermənistanda formalaşdırılması, uzunmüddətli perspektivdə Ermənistanın tam ruslaşdırılması və müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Yekunda Cənubi Qafqazda müstəqil Ermənistan yerinə Rusiyanın Gürcüstan ərazisində yaratdığı Abxaziya və Tsxinvali kimi dövlət yaranacaq. Bu, ən yaxşı halda belə olacaq. Ən pis halda Kalininqrad vilayəti tipli Rusiya ərazisinə çevriləcək”, – deyə o bildirib.

Qvramiya Rusiyanın Ermənistanı da Belarus kimi ittifaq dövlətinə çəkmək istədiyini söyləyib:

“Belarusla Rusiya xalqları eyni millətdir, ona görə Belarus üçün bu idarəetməyə dözmək asandır, Ermənistan üçün isə bu, fəlakətdir”.

Hamısını Göstər

Related Articles

Back to top button