Ucar şəhid Vüqar Ələkbərovun anım mərasimi keçirilib

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, gizir Vüqar Ələkbərovun bu gün il mərasimi keçirilib.

Rayonun Qazyan kəndində keçirilən mərasimdə Daxili İşlər Nazirliyinin və Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları şəhidin məzarını ziyarət edərək önünə əklil qoyub, üzərinə tər çiçəklər düzüblər.

Mərasimdə iştirak edənlər şəhidin ömür yolundan, eləcə də Vətən müharibəsi zamanı iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi igidliklərdən danışaraq, mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə gizir Vüqar Ələkbərov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hamısını Göstər

Related Articles

Back to top button