Rusiya Federasiyasının Prezidenti Putin Ərdoğanı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin Mətbuat Xidmətindən bildirilib.
Rusiya və Türkiyə liderləri Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, tərəflər çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər və müxtəlif sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını qeyd ediblər.
Həmçinin qeyd edilir ki, söhbət zamanı bir sıra beynəlxalq mövzulara, o cümlədən çoxtərəfli təşkilatlarda gələcək koordinasiyaya toxunulub.
Dövlət başçıları şəxsi dialoqu mütəmadi olaraq davam etdirmək barədə razılığa gəliblər.
Rusiya prezidenti türkiyəli həmkarını vəzifəsinin icrasına rəsmən başlaması münasibətilə bir daha təbrik edib. (Mənbə: Kremlin.ru)
Polise.az