“Rusiya hərbçilərini Qarabağdan necə çıxarmaq olar?”- Türkiyə mətbuatından TƏKLİFLƏR

“Azərbaycan Dağlıq Qarabağdakı rus sülhməramlılarının çıxış strategiyasını tapmaq üçün 2025-ci ilə qədər gözləməməlidir”.

Bu fikirlər  “TRT World” televiziyasının internet saytında səsləndirilib. Sözügedən materialda rus sülhməramlılarının qısa zaman ərzində Qarabağdan çıxarılmasının vacibliyi vurğulanıb və mümkün yollar təqdim edilib.

“44 gün davam edən sərt və qanlı döyüşlərdən sonra Azərbaycan 30 ilə yaxın erməni işğalını sonlandırdı və beynəlxalq səviyyədə tanınan ərazilərini azad etdi.Azərbaycan İkinci Qarabağ müharibəsinin bariz qalibidir…

Türkiyə də müharibədə qalib gəlmiş hesab oluna bilər, çünki Cənubi Qafqazdakı güc tarazlığı Moskvadan uzaqlaşdı və Ankaraya bir az daha yaxınlaşdı. İllərdir, bir çox şərhçi Ankara ilə Moskva arasında xüsusi bir yaxınlaşma olduğunu iddia edirdi.

Əksinə, vəziyyəti daha yaxından izləyənlər və tarixi daha yaxşı başa düşənlər bilirlər ki, Türkiyə və Rusiyanın təbii vəziyyəti çox vaxt rəqabət və ziddiyyətlərdən ibarətdir. Bu, Suriya, Liviya və hətta Ukrayna kimi mərkəzlərdə də özünü göstərir. Son dövrlərdə Azərbaycanın döyüş meydanında qazandığı uğurlar və Ankaranın Bakıya dəstəyi bunun ən son nümunəsidir.

Moskvanın bölgədəki vəziyyətə baxışı budur ki, Qarabağdakı botinkalı hər bir əsgər burada Rusiyanın təsirini artırır.

Bu müharibədə təkcə Azərbaycan və Türkiyə qalib deyil. Rusiya da müharibədə böyük qaliblərdən biri oldu. Kremlin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 Noyabrda imzalanan sülh müqaviləsi çərçivəsində Rusiya Dağlıq Qarabağın bəzi bölgələrinə sülhməramlı qüvvələr yerləşdirib.

Onların ilkin səlahiyyəti beş ildir və daha beş il uzadıla bilər. Bu qüvvə nisbətən az olsa da (təxminən 2000 əsgər), Qarabağda Rusiyanın hərbi varlığı Kremlin 1990-cı illərin əvvəllərindən bəri istədiyi bir şeydir. Rusiya Cənubi Qafqazı təbii təsir dairəsində hesab edir. Moskvanın bölgədəki vəziyyətə baxışı budur ki, Qarabağdakı botinkalı hər bir əsgər burada Rusiyanın təsirini artırır. Rusiyanın Dağlıq Qarabağda olması ilə Moskvanın Cənubi Qafqazın üç ölkəsində ya dəvət gücünə ya da zor gücünə ordusunun olması deməkdir.

Rus sülhməramlıları silahsız xidmət göstərməlidir…

Rəsmi Bakının münaqişəyə son qoymaq və beynəlxalq sərhədlərini bərpa etmək istədiyi üçün Rusiyanın varlığını qəbul etməkdən başqa bir yolu yox idi. Bu baxımdan 2025-ci il Rusiya sülhməramlılarının Qarabağda xidməti bitdikdən sonra Azərbaycan həmin sülhməramlıların silahsız şəkildə Qarabağda qalmasına nail olmalıdır.

Doğrudur, bu çətin olacaq, amma Azərbaycan bunun üçün çalışmalıdır. Belə bir monitorinq missiyası Gürcüstanda mövcud Avropa İttifaqı Monitorinq Missiyası əsasında qurula bilər, lakin qrupun özünün Avropa Birliyindən gəlməsinə ehtiyac yoxdur. Avropa Monitorinq Missiyası atəşkəs razılaşmasını izləmək üçün 2008-ci il Rus-Gürcüstan müharibəsindən dərhal sonra yaradılmışdı. Bu birtərəfli bir iş idi.

Rusiya monitirnq üzvlərini işğal altındakı Cənubi Osetiya və Abxaziya bölgələrinə buraxmır. Buna baxmayaraq, gürcülər təcavüzkar olmadığını dünyaya sübut etmək üçün nəzarət etdikləri ərazilərdə Avropa Monitorinq Missiyası üzvlərinə ev sahibliyi etməkdən məmnundurlar.Bir gün sülhməramlı qüvvəni əvəz edə biləcək belə bir hipotetik monitorinq missiyasının olması gələcək müzakirələr üçün ən yaxşı yoldur. Bununla yanaşı, bəzi ümumi təkliflər və fikirlər indi də müzakirələr əsnasında nəzərdən keçirilə bilər.

“Bufer zona”nın yaradılması Azərbaycana 3 şey qazandıracaq:

Rusiya sülhməramlıları geri çəkildikdə monitorinq missiyası Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədini izləyə bilər. Bu, ehtimal ki, sərhəd boyunca bir növ hərbiləşdirilmiş bufer zonasını əhatə edəcək. Bu bufer zona Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin hər iki tərəfində fəaliyyət göstərə bilər. Ermənistan monitorinq missiyasını dəstəkləməkdən imtina edərsə, Azərbaycan onu birtərəfli qaydada qəbul etməyə razı olmalıdır. Bu üç məsələni tamamlayacaq.

Birincisi, beynəlxalq aləmə şəffaflıq göstəriləcəkdir. İkincisi, bu, beynəlxalq ictimaiyyətə Bakının həqiqətən sülh istədiyinə güclü bir işarə olacaq. Üçüncüsü, Azərbaycanın Ermənistanla bağlı işğalçılıq planlarının olmadığını göstərəcək. Artıq bundan əvvəl də qeyd olunduğu kimi, Gürcüstan birtərəfli monitorinq missiyasının necə faydalı ola biləcəyinə yaxşı bir nümunədir.

Sərhədləri daxilində hər hansı bir izləmə və ya sülhməramlı missiyanın olması heç vaxt ideal çıxış yolu olmasa da, bu şərtlər altında mülki bir monitorinq missiyası Qarabağın mərkəzində yerləşən dişləri silahlanmış Rusiya qüvvəsindən daha üstündür.

2025-ci il uzun bir yol kimi görünə bilər, ancaq Azərbaycan indidən hazırlaşmağa başlamalıdır.

Birincisi, Bakı Avropa Monitorinq Missiyası ilə əlaqəli təcrübələri barədə Gürcüstan Respublikası ilə məsləhətləşməlidir. Monitorinq missiyasının mümkünlüyü barədə müzakirəyə başlamaq üçün Azərbaycan ATƏT, AB və üzv ölkələrin əsas paytaxtları ilə məsləhətləşmələrə başlamalıdır. Rusiya sülhməramlı qüvvələrinin mülki monitorinq missiyasına keçid prosesi də Minsk Qrupunun yeni diqqət mərkəzinə çevrilə bilər.

Azərbaycanın Avropada “Xüsusi Güc”ə ehtiyacı olacaq…

Avropanın daxilində Azərbaycan bu məqsəd üçün “Xüsusi güc” tapmalıdır. Böyük ehtimalla bu Şərqi Avropadan olacaq. Bakı, Rusiyaya açıq şəkildə bildirməlidir ki, şərtlər əl verdiyində Rusiya öz qoşunlarını Azərbaycandan çıxarmalıdır, çünki bu ordu Azərbaycanda əbədi qala bilməz.

Bu müddətdə rəsmi Bakı növbəti beş il ərzində hərəkətləri və sözləri ilə Azərbaycanın daxilində yaşayan etnik ermənilərin təhlükəsiz və dinc şəraitdə yaşaya biləcəyini, onların mədəniyyətlərinə və dinlərinə hörmət ediləcəyini nümayiş etdirməlidir. Bunu etmək, Rusiya sülhməramlılarının çıxışına yol açmağa kömək edəcək.

Rusiya, “sülhməramlıların” Gürcüstan, Ukrayna və Moldova kimi yerlərdə olması hər hansı bir göstəricidirsə, çox güman ki, bu əsgərlərin yaxın gələcəkdə Azərbaycanda qalmaq kimi niyyəti var.

Buna görə də Azərbaycan rus sülhməramlıları üçün çıxış strategiyasını hazırlamağa başlamalı və bunun 2025-ci ildən gec olacağını gözləməməlidir.

Hamısını Göstər

Related Articles

Back to top button