Rusiya İrandan 250 yeni kamikadze dron alıb

“Rusiya Federasiyası İrandan “Shahed” kamikadze pilotsuz təyyarələrinin yeni partiyasını alıb”.

Bu barədə Ukrayna dövlətinin başçısı Volodimir Zelenski Böyük Britaniya Birləşmiş Ekspedisiya Qüvvələrinin rəhbərlərinin görüşündə çıxış edərkən bildirib.

“Bu gecə Ukrayna yenidən İran pilotsuz uçan aparatlarının hücumuna məruz qalıb. 34 “Shahed”. Mən həm rəqəmi, həm də adını tam dəqiq deyirəm. Bunlar Rusiyanın İrandan aldığı yeni partiyadan olan “Şahed”lərdir. 250 ədəd – terror dövləti məhz bu qədər “Shahed” alıb”, – deyə prezident vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button