Rusiya MN-dən Dağlıq Qarabağla bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı yeni məlumat yayıb.

Nazirliyə istinadən xəbər verilir ki, sülhməramlılar Qarabağda 24 minə yaxın partlayıcı zərərsizləşdirib. Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona çıxarılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar, isə partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilib.

“Rusiya sülhməramlıları “Uran-6” müasir robot sistemlərindən istifadə edir və 23 noyabr 2020-ci il tarixindən etibarən aparılan əməliyyatlar zamanı mühəndis bölmələri təxminən 859,3 hektar ərazi, 245,8 km yol, 27 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 962 binanı partlamamış hərbi sursatlardan təmizləyib” – Nazirliyin məlumatında bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button