Təqvimdə 44 GÜN…

İkinci dünya müharibəsi zamanı almanlar əsir götürdükləri insanları Lvov şəhərinin Yanov düşərgəsində güllələmədən öncə şəhər operasının bəstəkarı Yakubun rəhbərliyi iləxüsusi bir melodiya – “ölüm tanqosu” ifa olunurdu. Almanların əsirlər üzərində bütün əzab və işkəncələri bu melodiya altında həyata keçirilirdikdən sonra orkestrin bütün tərkibi almanlar tərəfindən güllələnirdi…

Ermənilər də tarixən Azərbaycan türklərinə, əsirlərə qarşı belə davranıblar. İnsana xas cəhətlərdən uzaq bu vələdəzinaların Azərbaycan türklərinə qarşı həmişə və dünyanın hər yerində imkanları çatan kimi “ÖLÜM TANQO”sundan istifadə ediblər. 30 il ərzində düşmənlərimiz bizdən  faşistsayaq “qisas” alıblar…

Vətən uğrunda döyüşlərdə şəhid olmaq alnımıza yazılıb.Bu Allahın qədəri vəqismətimizdir – deyərdim. Heç zaman xalq, ana-vətən qarşısında borcumuzu unutmadıq. Bizi əzmək, məhv etmək istəyənlərin dərsini verdik. Cəsarətlə hayqırıb hamıya səslənə bilərik ki, üzərimizə düşən çətin bir vəzifəninöhdəsindən gəldik. Bu,vətənə məhəbbətin təzahürü və birliyimizin nəticəsi idi.

Təqvimin 44 gün davam edən qanlı döyüşündən sonra qələbəyə ruhumuzla, gərgin iradəmiz və inamımızla nail olduq. Hamımıza xoş ovqat bəxş edən zəfər belə qazanıldı. Heç bir əskər, təcrübəli zabit, yenicə səfərbərliyə qatılanda düşmən üstünə getməyə tərəddüd etmədi, inadkarlıqla ölümə- irəliyə can atdı. Son ana qədər döyüşməyə hazır oldular. Bu,ordumuza xas özəl bir cəhət idi. İnadkarlıq, prisipiallıq, qisas almaq, Vətənə sədaqət və Ali Baş Komandanın «yalnız irəli» tapşırığına dözümlülük, yaralansa da heç bir ağrı hiss etmədən döyüşmək… Nəhayət döyüşçülərimiz ermənilərə əzmimizi, milli qeyrətimizi, cəsarət və sücaətimizi, vətənə sevgimizi dünyaya görk olacaq həddə göstərə bildi! İndi bizim döyüş modelimizdən Avropa ölkələri bəhrələnmək istəyir. İradəmizə və soyuqqanlığımıza heyrət edirlər.

Bizə qarşı olanlara canımızı sipər etdik. Əsgərlərimiz yüksək vətənpərvərlik nümayiş etdirib düşmənlərimizi –harınlamış dayçaları çilovlaya bildilər… Dünya bizi- türkləri tanıdı. Hamı ruh yüksəliyimizin, şəhid olmuş övladını çiynində aparan analarımızın mətinliyinin, iradəmizin və psixoloji durumumuzun şahidi oldu. Allahın yaratdığına bəxş etdiyi bu keyfiyyətləri və milli mənsubluğumuzu görəndən sonra qələbəmizlə barışmalı oldular. Biz təbiətin dəyişməz ali dəyərlərinə xas tərzdə ermənilərlədavrandıq, bu vəhşi təbiətə malik insanlardan fərqli yüksək insani dəyərləri də təcəssüm etdirə bildik. Düşmən əsirləri ilə faşistsayaq davranmadıq…

Qələbə sanki tarixin və təbiətin qanunları kimi mütləq idi… Qarşısını almaq olmazdı! Şaqqıldayan şimşəkin qarşısını heç alan olubmu?

… Silahlar susdu, razılıq da əldə olundu… İndi ölkədə yenidənqurmaya start verilib. Ayılmaq lazımdır… Vətənpərvərləşək, Türkləşək, dünya türklərilə birləşib KONFEDERATİVləşək və müasirləşək.

Döyüşdən sonra verilən orden və medallar döyüşçülərimizin rəngi ilə həmahəngdir. Bu təltiflər keçmişimizə, bu günümüzə və sabahımıza işıq saçır. Haqq səsimizi dəstəkləyən ölkələrlə, Türkiyə və Pakistanla mənəvi birliyimizi simvolizə edir.

Biz, taleyimiz uğrunda mübarizəyə həmişə və birlikdə hazırıq…

Məlum oldu ki, tariximiz seyr edilən adi sehrli mənzərələrdən deyil. Lakin, bu tarixi  görmək istəyənlər üçün möcüzələrlə zəngindir. Tariximizin qalereyasında olan çoxsaylı qəhrəmanlıq olayları diqqət çəkir. Düşmən tərəf dəuzun illər  işğal altında olanərazilərimizdə bunu kor gözlərilə gördülər. Ona görə, həsəd və paxıllıqdan vandallığa başladılar… Bu şərq aləminə başlanan vandallığın məntiqli davamı idi…

İraqın viran və talan olunmasında Səddam, Liviyanın dağılmasında Qəddafi bəhanə idi. Guya insan hüquqlarının və demokratiyanın qorunması məqsədilə «diktatorları» bəşəriyyətin gözü qarşısında birini edam etdilər, digərinin taleyi isə hamıya bəllidir. Misirdən sonra növbə Dəməşqə və İrana tuşlandı. Dəməşq hələ ki, tab gətirsə də ölkə bayquşlara bəxş edilən xarabalıqlara bənzəyir. İran da uzaqdan-uzağa barmaq silkələyir. Kim udacaq və kim uduzacaq –bilinmir. Siyasət meydanında qudurğanlara yer olmur.

Azərbaycan ərazilərinin də uzun müddət işğala “məhkum” olması «demokratik» qüvvələrin insanlığa zidd bir layihəsi idi. TS-nin 4 qətnaməsi «insan hüquq və azadlıqlarını» ehtiva etsə də əslində bu, TŞ-nin 5 daimi üzvünün yalançı humanist addımı və müasir “Qırmızı papaq” nağılı idi… Nə yaxşı, Ağ atlı oğlan gəldi, bizə mənəvi dəstək verən qardaş ölkələr Türkiyə və Pakistan, sonra Əfqanistan yanımızda oldu. Qədim tariximiz bərpa olundu. 30 il ərzində Avropa və Rusiya imperiyasının dəstəyi ilə ermənipərəst ölkələr bizə öz ərazilərimizdə doğmalarımızın qəbrlərini ziyarət etmək yasaq olundu. Qoymadılar! “Hüququn aliliyi” belə olurmuş?!

İndi, Şərqin və müsəlman dünyasının dolanbaclarından istiqamətini dəyişən olaylar hamımızın şahidi olduğu Amerikada “bardaş” qurdu. Belə də olmalıydı. Axı, dünya fırlanır! Dünənin həqiqəti bu gün tərs yozulur. Amma niyə də yozulmasın? Nə atarsan aşına, o gələr qaşığına…

30 illik həsrət bizim üçün bəlkə də bir imtahan, bir sınaq idi. Səbrlə gözlədik. Etiraf edək ki, Qarabağın azad olunmasını və nə vaxtsa ora qayıdacaq günlərimizi yalnız və yalnız arzulayır və ehtimal edirdik. 44 gün ərzində kəndlərin və rayonların boşaldılması, Şuşanın əlbəyaxa döyüşlə azad edilməsi heç ağlımıza da gəlməzdi…

Dostlarımızı da, düşmənlərimizi də bu ağır gündə tanıdıq. Canı, qanı, dini, kitabı və Allahı bir olan bütöv Azərbaycanın bir parçası- İranın hərəkətləri Qurani Kərimə bələd olan  bir müsəlman qardaş kimi məni heç açmadı. Təsirlənirəm,ağrıyıram… Belə qardaşlıqmı olar?Qolboyun olduğu, dinimizədüşmən kafirlər namusumuza təcavüz etdilər. Olmazın işkəncələrə tuş gəldik, kitabımız təhqir olundu, məscidimizi Allah kəlamı ilə murdar və haram sayılan donuzların tövləsinə çevirənlərlə bir araya gəlib ərazilərimizin istismarına bizdən gizli sərmayə yapdılar. Bunun adını tapa bilmirəm!… Dini və Kitabı bir olan qardaş qardaşının ağrısını duymursa, özününkü hesab etmirsə, deməli nə o din, nə də o kitab səmavi deyil (əstəğfirullah)! Deməli, o yerdə ədalət və Haqq unudulub! (Məni qınamayın. Başqa çür düşünmək olmur. Allah bağışlasın məni). Çünki ədalət yox olanda həyatda insanın dəyərini verən başqa heç nə qalmır!

Niyəsini təkcə mən yox, çoxu bilmir. Azərbaycan hava limanından şəhərə qədər olan yol boyu, yaşayış binalarında asılan Türkiyə, Azərbaycan, Pakistan, bəzən Əfqanıstan bayraqlarını görüb, İran dövlətinin simvolunu görməyəndə hansı hissləri keçirirlər? «İranın bayrağı niyə yoxdur?» sualını heç özlərinə verdilərmi? – deyə bilmərəm. Hər halda məyusedici mənzərə bu gün də var. İranın Azərbaycandakı səfirliyi bunu çox yaxşı görür. Burada Azərbaycan hökumətinin və dövlət orqanlarının heç bir rolu yoxdur. Binaları və küçələri bəzəyən bayraqları 10 milyonluq əhali heç kimlə məsləhətləşmədən sancıb və alqışlanır. Bu mənzərə döyüşlərdə də mənəvi dayaq oldu. İki və ya üç dövlət,bir millət, bir ürək, bir yumruq və birgə düşünən beyin. İran  bu birlikdən kənara çəkildi. Birgə fəaliyyətdən və ümumi niyyətdən ekstsess etdi – kənara çəkildi.

Burada ulu Şəhriyarın “Heydərbabaya salam”dan bir neçə misra yadıma düşdü:

…Heydərbaba,göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın amandı,

Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!…

Heydərbaba,mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,…

44 günlük döyüş uzun döyüş olmasa da qəhrəmanlıqlarla zəngin bir döyüşün  tarixini səlnaməyə həkk etdi. Tarixdə qısa və itkisiz döyüşlər də çox olub.

Azərbaycanın vətən uğrunda başladığı döyüşün qələbə ilə başa çatması birliyimizin, bir də birliyimizin nəticəsi idi. Döyüşçülərimiz Azərbaycan tarixinin yeni səhifələrini qanları ilə yazdılar. Sınaqlardan üzü ağ çıxdılar. Başlanan “Yeni tarix” göstərdi ki, yolumuza birlikdə davam etməliyik. Birliyimiz pozularsa, mərdliyimiz də şübhə altına alınacaq. Nifrətə tuş gələcəyik. İndi Həqiqət və Ədalət deyilən dəyərlərə çəkinmədən baxa bilirik. Heç vaxt unuda bilmərik və unutmamalıyıq ki, birlikdə yaşadığımız Azərbaycanda şəhidlərdən ibarət böyük bir xiyaban və məzarlıqlar var. Hər gün o məzarlara boylanaq və bir də düşünək: Bizim,bizdən başqa kimimiz var? Türkün, türkdən başqa dostu yoxdur. Bu baxımdan bir-birimizlə ədavətə də haqqımız yox. O məzarların ziyarəti zamanı çox şeylər aydın olur. Düşüncələrimiz təzələnir və düşmənə olan nifrətimiz də itilənir!

Sabahın necə gələcəyini heç kim deyə bilməz.Bu barədə heç Peyğəmbərlərimizə də bilik verilməmişdi. Keçmişimiz bəlli, bu günümüzlə fəxr edə bilərik. Gələcəyə də birlikdə getsək Tanrı bizi hifz edəcək. Buna heç kimin şübhəsi olmasın.

Azərbaycan 30 il ərzində beynəlxalq aləmə görk olacaq nümunəvi davranış nümayiş etdirdi. BMT və onun orqanları, TS və onun daimi üzvləri, Avropa və onun birliyi,Avropa Şurası Azərbaycan dövlətininin bəyanatlarının fərqində olmadılar, 1 milyon qaçqınların fəryadını eşitmədilər. BMT-yə və onun elitasına müstəsna həyasızlıq və hörmətsizliklə davranan erməni dövlətinə, müharibə cinayətlərinin iştirakçılarına «dur» deyən olmadı, barmaq silkələmədilər. Köçəryanlara, Sarkisyanlara, Paşinyanlara vəkillik etdilər. Cücələrini qanadlarının altına alan anac kimi onları  müdafiə etdilər, gizlətdilər…Sağlıq olsun!

Döyüş bitsə də, dərdimiz bitməyib. İtkin düşənlərin cəsədləri hələ indi tapılır, ərazilərin minalardan təmizlənməsi üçün qarşı tərəf hərbi xəritələri vermək istəmir. Rus sülhməramlıların gözü qarşısında daşınmaz əmlaklarımız, təbii sərvətlərimiz, mədəni irsimiz tanınmaz hala salınır. Amma, mane olan yoxdur. Anlaşılmayan bir hal da var. Azərbaycan vətəndaşının azad olunmuş ərazilərində sərbəst dolanmasına «Sülhməramlılardan» icazə alması lazım gəlir. Rusiya sülhməramlılarının Qarabağa daşıdığı min tonlarla tikinti materiallarından, humanitar yardımlardan ancaq erməni tərəfi faydalanır. Sülhməramlılar yalnız erməniləri himayə edən bir qurum kimi çıxış edir. Amma düşünürəm ki,ümumi narahatlıq üçün əsas yoxdur. 29 yanvardan başlayaraq Türkiyə artıq monitorinq  missiyasına başlayıb. Monitorinq “Zərfində”bilmədiyimiz çox şey var. Səbr etsək hər şey bəlli olar.

Sonda: Həyatda xoş günlər məqsədə çatanda başlayır. Böyük uğurların yolu böyük çətinliklərdən və təhlükələrdən keçir. Bunu bütün gücümüzlə və hədəfə çatanda özümüz hiss edirik. Etiraf edək ki, bu çox böyük bir qələbə idi. Tanrı sanki təbiəti də ordumuzun gücünə ram etmişdi. Təbiətin şıltaqlığına imkan vermədi. Ətraf mühiti də ordumuza tabe etdi ki, gücümüz tükənməsin. İndi hər birimiz, bütün dünya müsəlmanları da səbrlə gələcəyə boylanır, gədəcək günlər kitab varaqları tək bu günümüzə çevrilir. Ümidlə sabaha baxırıq… Sabahımız və gələcəyimiz yaxşı olacaq…

İndi XXI əsrin sakinləriyik. Bizim üçün köhnə ümidlər, ATƏT-in Minsk qrupu daha yoxdur, dəfn olunub. Artıq inandığımız ölkələrin də sayı azalıb, çox azalıb. Qələbədən və Zəfər Paradından sonra minalanmış ərazilərimiz kimi az qala gedəcəyimiz ölkələrin yolunu da minalasınlar. Qalib çıxa bilməyənlər, Qalib tərəflə dostluq və qonşuluq etməyi də bacarmırlar, cəsarətləri çatmır. Ətraf qınaqlardan çəkinirlər.

Sanki Sokratın suallar əsrində yaşayırıq. «Niyə?lərə» cavab tapmırıq və bu «niyə»ləri» təkcə bir-birimizə, bir şəhərdə,bir ölkədə yox, bu «niyə»lər bütün bəşəriyyət, BMT və dünya qarşısında qoyulur,amma yenə cavabsız qalır. Bəzən ədalətsizlik, bədbəxtlik, dünyadakı kobudluqlar, hüquq və azadlıqların tanınmaması, ayaq altına atılması bizi yaman aldadır və ağrıdır, təfəkkürümüzü kor edir, bəzən də bundan çıxış yolu tapa bilməyəndə «Hansı dünyada yaşayırıq, Allah?» sualına yenə cavab tapa bilmirik. Metyu Arnoldun(İngilis şairi və kulturoloqu) fikirləri ilə səsləndirsəm: «Biz hiss edirik ki, dünyaya ümid yoxdur,kiməsə inanmaq da əbəsdir”.

 Yeganə çıxış yolu – bu bir-birimizə və dövlətimizə inamı, etibarı qoruyub saxlamaqdan keçir. Çünki tarixin verdiyi ibrət dərsi belə deməyə, düşünməyə əsas verir. Tarix həm də göstərir ki, irəlidə tərəqqi və inkişaf var, bu yol sonsuzdur. Həyat rəngarəng və müxtəlifliyi ilə seçilsə də, bataqlıqlarda batanlar,intəhasız dəniz və qarlı dağlar da, buzlaqlar və ulduzlu gecələr də var! Ümumi maraq naminə çalışan insanların bir-birinə sevgi və məhəbbəti olanda,deməli hər şey də var! Bir-birimizə sevgi, inam, hörmət və ehtiramla…



Şəmsəddin Əliyev,
«polise.az» media xəbər portalının şef redaktoru

Hamısını Göstər

Related Articles

Back to top button
Close