Rusiya MN: Səfərbər olunanlar deyilən qədər itki verməyib

Rusiya Müdafiə Nazirliyi sosial şəbəkələrdə səfərbər edilmiş vətəndaşlar arasında əhəmiyyətli itkilər barədə yayılan xəbərləri təkzib edib və onları “Kiyev rejiminin təxribatı” adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Vedomosti” Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinə istinadən xəbər verir.

“Təhlil zamanı müəyyən edilib ki, sosial şəbəkələrin saxta hesablarında adı çəkilən hərbi qulluqçuların bir çoxu hazırda “xüsusi hərbi əməliyyat” zonasında tapşırıqları yerinə yetirirlər. İtkilərin olması barədə nazirlik məlumat verir.  Lakin sosial mediada gostərilən rəqəmlər həqiqəti etiva etmir”, – deyə Rusiya ordusunun Milli Müdafiəyə Nəzarət Mərkəzi bəyanatında qeyd edilir.

Məlumatda bildirilir ki, itkilərlə bağlı mesaj Rusiya Silahlı Qüvvələrini gözdən salmaq və Rusiya vətəndaşları arasında mənfi əhval-ruhiyyə yaratmaq məqsədilə verilib.

“Bu cür xəbərlər Ukrayna tərəfindən ordunun döyüş ruhuna təsir etmək və rus xalqında qələbəyə inamı azaltmaq məqsədi ilə yayılır. Bunlar dəqiqləşdirilməmiş yalan məlumatlardır”, – deyə bildirilir.

Bundan əvvəl Müdafiə Nazirliyi Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasının əsgərləri adından səsləndirilən və sosial şəbəkələrdə yayılan “insan və texnikanın böyük faydasız itkiləri” ilə bağlı yayılan məlumatları təkzib edib.

Sosial şəbəkələrdə yayılan mesajlarda Primorsk diyarının başçısı Oleq Kozhemyakoya “Donetsk Xalq Respublikası”nın Pavlovka bölgəsində gedən döyüşlərdə böyük və əsassız itkilər verildiyi barədə müraciət yer alıb.

Daha sonra Kozhemyako Telegram kanalında Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasının əhəmiyyətli itkiləri ilə bağlı məlumatı yoxladığını və məlumatların şişirdildiyini bildirib.

“Bəzi itkilər var, amma bu sosial şəbəkələrdə yayılan qədər faciəli itkilər deyil. Nəzərə alsaq ki, biz hücum edən tərəfik, onda bu itkilər ən minimum hədd kimi dəyərləndirlə bilər”, – deyə o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button