Rusiya Patriarxı Qorbaçovu Ermənistana göndərdi – ermənilər şokda!

Ekspert: “Ermənilər narahatdır ki, onların ruslaşması və pravoslaşması prosesi gedə bilər”

Ermənistanda Rus Pravoslav Kilsəsinin yeparxiyasının yaradılması barədə qərarı ermənilərdə şok effekti yaradıb. “Yeni Müsavat”ın Rusiya mediasına istinadən xəbərinə görə, bu qərar Erməni Apostol Kilsəsinin Katolikosu II Qareginin Moskvaya səfəri zamanı Patriarx Kirill tərəfindən verilib. Yeni yaradılan İrəvan – Erməni Yeparxiyasına arxiyepiskop Leonid Qorbaçov  rəhbərlik edəcək. Rus Pravoslav Kilsəsi Ermənistandan edilən “çoxsaylı müraciətlərdən” sonra bu qərarın verildiyini açıqlayıb.

Erməni ekspertlər iddia edirlər ki, bu gün Ermənistanda təxminən 3 min pravoslav rus var. Onların əksəriyyəti qarışıq nikahların nümayəndələri və müəyyən sayda rus hərbçiləridir. Erməni ekspertlər qeyd edirlər ki, Rusiyada Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar var və bu qərar İrəvana daha çox nəzarət və daha çox təsir əldə etmək istəyindən meydana çıxıb. Hətta iddia olunur ki, bu qərardan sonra Ermənistan dini-mənəvi sahədə də müstəqilliyini itirə bilər. Məlum olub ki, Ermənistanda Rusiya Pravoslav kilsəsinin Bakıdakı fəaliyyətindən də narazı imişlər. Buna səbəb isə ikinci Qarabağ müharibəsi zamanı və sonrasında Rus Pravoslav Kilsəsinin baş yepiskopu, bir müddət bundan əvvəl vəfat edən Aleksandr İşeyin Azərbaycanın qələbəsinə görə təbriki imiş.

Harut Sassounianın qələmə aldığı geniş məqalədə deyilirdi ki, Aleksandr Ata Allahın nümayəndəsi kimi çıxış etmək əvəzinə, Prezident İlham Əliyevin mətbuat katibi kimi danışır. Müəllif Aleksandr Atanın fikirlərinə kəskin şəkildə etiraz edir və sübut etməyə çalışırdı ki, Arxiyepiskop Aleksandr yalan danışır. “Azərbaycanda yüksək səviyyəli multikultural yanaşma mövcuddur, dini abidələr dövlət səviyyəsində qorunur” kimi fikirləri cəfəngiyyat adlandıran Harus Sassounian təkidlə vurğulayırdı ki, Türkiyə və Azərbaycanda erməni düşmənçiliyi formalaşıb. Onun Qələbə təbriki niyə ermənilərdə bu qədər qıcıq doğurub? Bəs Rus Pravoslav kilsəsinin Ermənistanda icma yaratmasına ermənilər niyə belə sərt təpki verirlər? Bəlkə kilsənin rolunun zəifləməsindən ehtiyat edirlər? Ermənilərin reaksiyası onu da göstərdi ki, bu ölkədə dini tolerantlıq yoxdur. Daha bir maraqlı fakt budur ki, Ermənistan militar dövlətdir, hətta rusların sayı da həddən azdır.

Azər Badamov: Enerji sektorunun müasirləşdirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasına imkan verməklə yanaşı sənaye potensialının inkişafının lokomativinə çevrilib

Azər Badamov

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Rus Pravoslav kilsəsinin Ermənistanda icma yaratmasını onların mənəvi müstəqilliyini itirmək kimi qiymətləndirmək olmaz. Deputat hesab edir ki, bu icma Ermənistanda suların durulduğunu, reallıqları başa düşdüklərini göstərir. A.Badamovun sözlərinə görə, ermənilər artıq birgəyaşayış haqda düşünməyə başlamalıdırlar: “Ermənilər Rus Pravoslav Kilsəsinin yeparxiyasının yaradılmasını qeyri-adi qəbul edə bilərlər. Çünki Ermənistan 30 ildə monoetnik ölkəyə çevrilib, müxtəlif xalqlar yaşamayıb, Azərbaycan kimi tolerant dövlət deyil, ona görə ermənilərdə multikultural ənənələr yaranmalıdır”.

Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq lazımdır” | Report.az

 Sülhəddin Əkbər 

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat” qeyd etdi ki, Ermənistanın etnik və dini baxımdan yekcins ölkə olması heç kimə sirr deyil. S.Əkbərin fikrincə, bu səbəbdən Ermənistanda yekcins mühiti pozmaq cəhdi olanda erməni cəmiyyətində narahatlıq yaranır: “Xüsusən dini və etnik mövzuda bu proses olanda… Ona görə təbii ki, erməniləri ciddi şəkildə narahat edir. Bu zaman ermənilərin tarixi yaddaşı işə düşür. Qədim xristian türklərinə aid alban kilsəsi ermənilərə təslim edildi, abidələrin erməniləşməsi prosesi getdi. İndi ermənilər narahatdır ki, onların pravoslaşması prosesi gedə bilər. Onlar fikirləşirlər ki, Rusiyaya köç meyli kəskin artarsa, ermənilərin ruslaşması prosesi gedəcək. Əlbəttə, bu tarixi prosesdir, amma hər bir işin başlancığı olur”.

Qarabağ münaqişəsini həll etmək üçün fürsət yaranıb” –

 Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, əhalinin əksəriyyəti  özünü Ermənistan Apostol Kilsəsinə aid edir: “Ölkədə bir neçə rus kilsəsi olduğundan 2016-cı ildə onların birliyi yaradılmışdı. Yeparxiyanın yaradılması Rusiyanın Ermənistanda təsirlərini gücləndirməyə hesablanıb. Bu ölkədə rus dili az qala sıradan çıxarılır, yəqin ki, Kreml bu məsələyə də diqqət yetirəcək. İstisna yalnız 1997-ci ildə təsis edilən Rusiya-Ermənistan Universitetidir. Maraqlıdır ki, bu universitetə də qəbul olunmaq üçün imtahanlar erməni dilində keçirilir. Rusiyaya qarşı siyasət aparan Gürcüstanda belə fəaliyyət göstərən 17 rusdilli orta məktəb bağlanmamışdı. Ermənistan isə bütün rusdilli orta məktəbləri bağlayıb. Yəni həm dini-mənəvi, həm təhsil istiqamətində ruslar fəaliyyətlərini genişləndirməyə başlayacaqlar. Sadəcə, ermənilərdə tolerantlıq yoxdur, onlar bunu qəbul edə bilmirlər. Digər tərəfdən də ruslaşma prosesindən narahatdırlar”.

Təhlilçi Rusiyanın Ermənistanda dayaqlarını getdikcə möhkəmləndirəcəyini proqnozlaşdırır: “Paşinyan antirus xətti götürməklə son 3 ildə böyük itkilərə məruz qaldı. Ölkədə rus telekanallarının qadağan olunması, rus sektorlarının məktəblərdə bağlanması, indi də müharibənin nəticələrinə görə əhalinin müttəfiq Rusiyanı günahkar çıxarması Moskva ilə bütün körpüləri yandırıb. Odur ki, Rusiya əvvəlcə dini icma ilə qayıdır, sonra digər sahələrdə fəallaşacaq”.

Gürcü ekspert Qoça Qvaramiya Rus Pravoslav Kilsəsinin İrəvan-Erməni Yeparxiyasının açılışını şərh edərkən deyib ki, Rusiya Ermənistanın ruslaşdırılması prosesini işə salıb. Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsinin yeparxiyasının Kiyevdə mövcudluğunun Ukrayna üçün nə ilə nəticələndiyini izah etməyə ehtiyac yoxdur: “Rus Pravoslav Kilsəsinin bütöv yeparxiyasının Ermənistanda formalaşdırılması, uzunmüddətli perspektivdə Ermənistanın tam ruslaşdırılması və müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Yekunda Cənubi Qafqazda müstəqil Ermənistan yerinə Rusiyanın Gürcüstan ərazisində yaratdığı Abxaziya və Tsxinvali kimi dövlət yaranacaq. Bu, ən yaxşı halda belə olacaq. Ən pis halda Kalininqrad vilayəti tipli Rusiya ərazisinə çevriləcək”.

Hamısını Göstər

Related Articles

Back to top button