Rusiya “S-500”ləri silahlanmaya qəbul etdi
Rusiya Silahlı Qüvvələri S-500 zenit-raket komplekslərini silahlanmaya daxil etməyə başlayıb.
Bu barədə Rusiya baş nazirinin müavini Yuri Borisov məlumat verib.
Onun sözlərinə görə, S-500-lər, həmçinin “Tor”, “Buk”, S-300, S-350 və S-400 zenit-raket kompleksləri dünya bazarında ən çox tələb olan hərbi təyinatlı məhsullardır.
Ballistik, qanadlı raketləri, habelə aerodinamik hədəfləri tuta bilən S-500 “Prometey”in məhvetmə radiusu təxminən 600 kilometrdir. Hava hücumundan müdafiə sistemi kosmosda obyektləri, o cümlədən hipersəs raketlərini məhv etməyə qadirdir.