Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri üçtərəfli komissiya yaratmaq barədə razılığa gəliblər

Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri Moskvada keçirilən danışıqlarda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Görüşdə Suriyada beynəlxalq yolların açılması və Türkiyə mallarının ölkə ərazisindən keçməsi müzakirə olunub. Tərəflər, həmçinin suriyalı qaçqınların öz yerlərinə qayıtmasını asanlaşdırmaq üçün birgə mexanizm barədə razılığa gəliblər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button