Rusiya Türkiyəyə izn vermədi, əməliyyat dayandı
Rusiya Türkiyə ordusunun Suriyanın şimalındakı Ayn-İsa bölgəsində keçirəcəyi əməliyyata icazə verməyib, bu bölgəyə yeni əlavə qüvvələr göndərib.
Bu barədə “Hürriyət” qəzeti yazıb.
“Məlum olub ki, Rusiya ilə danışıqlar zamanı Suriyanın Rakka şəhərinin şimalındakı Ayn-İsa bölgəsində planlaşdırılan əməliyyata hazırlıq dayandırılıb. Çünki Rusiya şərqdə Hasekə, Rakka və Deyr əz-Zor və şimalda Hələbi birləşdirən magistralın (M4) keçdiyi Ayn-İsa bölgəsində əməliyyata icazə verməyib”, – məlumatda bildirilib.