Rusiya üçün hərbi və mülki obyekt fərqi yoxdur

“Rusların Kaxovka Su Elektrik Stansiyasına zərbə endirməsi növbəti bir mülki obyektin hədəfə çevrilməsi kimi qəbul olunmalıdır”.

 Bu sözləri Polise.az  -a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

Hadisənin səbəbləri barədə danışan müsahibimiz qeyd edib ki, Rusiya bununla öz məqsədlərinə çatmaq üçün bütün variantlara əl ata biləcəyini göstərmək istəyir:

“Savaş zamanı mülki obyektlərin hədəf seçilməsi hərbi cinayət sayılır. Rusiyanın Kaxovka su anbarına zərbə endirməkdə əsas məqsədi Ukraynanın əks-hücum əməliyyatlarını mümkün qədərı əngəlləmək idi. Həmçinin, bununla bir təşviş və qorxu hissi yaratmaq niyyəti güdür. Belə ki, Rusiya onun qarşısını heç bir qüvvənin ala bilməyəcəyi barədə mesaj vermək istəyir. Artı bu istəyini həyata keçirməkdədir”.

Oktay bəy bildirib ki, əslində Ukraynada savaş başlayandan bəri Rusiya hərbi obyektlərdən daha çox mülki obyektləri hədəf alıb:

“Bunun xeyli nümunələrinin şahidi olmuşuq. O cümlədən mülki əhaliyə qarşı zorakılıq və cinayətlər törədilib. Biz bunu bir çox şəhərlərin timsalında görmüşük. Eyni zamanda Xarkov şəhərinə hücum edərkən Azərbaycanın baş konsulluğuna da raket zərbələri endirilmişdi. Yəni Rusiya üçün savaşda hərbi və mülki obyekt hədəf seçilməsinin hər hansı bir problemi yoxdur. Rusiya bunu çox rahat şəkildə edə bilir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button