Rusiya XİN: “Qarabağa dair yeni sənədlərin imzalanması ilə bağlı məlumat yoxdur”
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağa dair yeni üçtərəfli sənədlərin imzalanması ilə bağlı hər hansı bir məlumata malik deyil.
Bunu nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.
O, bölgədəki atəşkəs və hərbi əməliyyatların dayandırılması rejiminə bütövlükdə riayət edildiyini bildirib.
Həmçinin, Zaxarova ötən bir il ərzində bölgədə vəziyyətin sabitləşdiyini də vurğulayıb.