Rusiyada koronavirus peyvəndinin istehsalına başlandı

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.F. Qamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı peyvəndin istehsalına başlanıb.

Bu haqda məlumat TASS agentliyi Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yayılıb.

“Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı peyvəndin istehsalına başlanıb”. Qurum şənbə günü jurnalistlərə belə deyib.

Rusiya dünyada ilk olaraq 11 avqustda koronavirus peyvəndini qeydə alıb və ona “Sputnik V” adını verib.

Dərman iyun-iyul aylarında klinik sınaqlardan keçib. Bu, artıq bir sıra digər peyvəndlərin yaradıldığı məşhur platformaya əsaslanır.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib ki, Rusiya Federasiyası artıq 20 ölkədən 1 milyard doza peyvənd tədarükü üçün müraciətlər qəbul edib.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button