Rusiyada məktəbə silahlı basqın: Şagirdləri öldürən şəxs saxlanıldı

Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən orta məktəblərin birinə daxil olan silahlı şəxs şagirdlərə atəş açmağa başlayıb.

Məktəb binasında olan şagirdlər və müəllimlər silahlı şəxsdən xilas olmaq üçün özlərini pəncərədən küçəyə atıblar.

Hücumu həyata keçirən yeniyetmə saxlanılıb.

Qeyd edək ki, ən son məlumatlara görə, məktəbdə baş verən atışma nəticəsində səkkiz şagird və bir müəllim öldürülüb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Hamısını Göstər

Related Articles

Back to top button