Rusiyada məktəbdə 13 nəfəri öldürən şəxsin görüntüləri yayılıb, kimliyi açıqlanıb.

Rusiyanın İjevsk şəhərində 88 saylı orta məktəbdə 13 nəfəri öldürən şəxsin kimliyi məlum olub.

Rusiya bürosunun İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, cinayəti törədən şəxs Artyom Kazantsev olub.

Onun 34 yaşı var və o, həmin məktəbin məzunudur. Hazırda müstəntiqlər onun evində axtarış aparır, deyə Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.

Rusiya Federasiyasının İstintaq Komitəsi İjevskdə orta məktəbdə 13 nəfəri öldürərək intihar edən cinayətkarın kadrlarını nümayiş etdirib.

Hamısını Göstər

Related Articles

Back to top button