Rusiyada sahibi erməni olmuş məkanda yeraltı həbsxana tapıldı

Rusiyanın Leninqrad vilayətinin Vsevolojk rayonunda tərk edilmiş yerlərdən birində 3 kamerası və krematoriyası olan yeraltı həbsxana aşkarlanıb.

Bu barədə “47news” məlumat yayıb. Məlumata görə, təxminən 500 min dollara belə bir yer tikmək mümkün ola bilər. Bağ evinin zirzəmisində yerləşən həbsxana islah müəssisələrinə uyğun formada inşa edilib. Onun sahibi bir neçə dəfə dəyişsə də, onlardan ikisi xüsusi diqqət çəkib.

Torpaq sahəsinin sonuncu sahibi Mkrtçıyan soyadını daha sonra Eskobara dəyişən erməni olub. Həbsxanada həyati əlamətə rast gəlinmədiyi bildirilir. Yalnız krematoriyada bioloji iz tapılıb ki, bunun da gəmiriciyə də aid olması istisna edilmir.

Hamısını Göstər

Related Articles

Back to top button